Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş P.Mayılov və hadisədə iştirak etmiş digər şəxslər - Hacıtəpə kənd sakinləri T.Salmanov və əvvəllər məhkum olunmuş S.Hüseynov saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1