Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.
Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb. 
Ölən şəxs - 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.
Xəsarət alanlardan biri - 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir. 
Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur. 
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1