Biləsuvar rayonunda intihar hadisəsi olub.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Bəydili kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü M.Mirzəyev özünü yarımtikilidə asaraq intihar edib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
скачать dle 12.1