Daxili İşlər Nazirliyi (DİN) Qaradağda baş verən qəza ilə bağlı məlumat yayıb.
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 2-də saat 19 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakini M.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Taleh Aqamedovu vurub və idarəetməni itirdiyindən yolun kənarında dayanmış “Opel”, “VAZ-2107” və “VAZ-21015” markalı 3 avtomobillə toqquşub.
Nəticədə T.Aqamedov hadisə yerində ölüb, xəsarət almış M.Əhmədov isə xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

***2 avqust, saat 20:40
Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Sanqaçal qəsəbəsində qeydə alınıb.
90-FD-955 dövlət nömrə nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirdiyindən idarəetmədən çıxaraq yol kənarında hərəkətdə olan piayadanı vurub, sonra isə digər 3 maşına çırpılıb.
Təxminən 30 yaşında olan piyada hadisə yerində dünyasını dəyişib. //oxu.az


скачать dle 12.1