Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Bakı Səsi-nin məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində qeydə alınıb. Bak şəhər sakini, 1986-cı il təvəllüdlü Elton Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən piyada, 1957-ci il təvəllüdlü Ağadur Abdullayevi vurub. Yaralı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Fakla bağlı araşdırma aparılır.скачать dle 12.1