Tovuzda əhali əsgərlər üçün siqaret, su, ərzaq və s. alıb aparıb. Kəndə gedən postda polislərə təhvil veriblər. Polislərdən biri əsgərlərə göndərilən 4 blok siqareti, ərzağı oğurlayıb, satıb”.
"BAKI SƏSİ" xəbər verir ki, bu barədə Həbib Müntəzir sosial şəbəkə hesabında yazıb.
H.Müntəzirin iddia etdiyinə görə, əsgərlərə göndərilən sovqatı oğurlayan şəxs DSK sədrinin övladıdır:
"Bundan sonra kənddə qırğın düşüb. Polis də kim olsa yaxşıdır, 106 saylı seçki komissiyası sədri İlqar Hüseynovun oğlu, polis serjantı Babək Hüseynov. Əsgər payı oğurlayan işindədir, azadlıqdadır, gəzir”.скачать dle 12.1