Bakıda quşçuluq fabrikinin sahibinə qarşı oğurluq olub.

Bakisesi.com-un xəbərinə görə, Xəzər rayon sakini Anar Pənahalıyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, ona məxsus Zirə qəsəbəsində yerləşən quşçuluq fabrikindən 2018-ci ildən 2019-cu ilin iyun ayına qədər olan müddətdə orada fəhlə işləyən Eynulla və Məşədiağa adlı şəxslər tərəfindən müəssisə rəhbərliyinin icazəsi olmadan 100 min manatlıq quş yemi qanunsuz olaraq satılıb.

Əldə edilən pulu isə fəhlələr mənimsəyiblər.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1