Bu gün Azərbaycan  Premyer Liqasında 5-ci tura start veriləcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Günün ilk matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edəcək.

Digər oyunda isə "Qəbələ" "Səbail"in qonağı olacaq.

Qeyd edək ki, turun digər oyunları sentyabrın 22-si və 23-də keçiriləcək.

21 sentyabr (şənbə)
17:30."Sumqayıt" - "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
"Kapital Bank Arena"
19:45."Səbail" - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
"ASCO Arena"
22 sentyabr (bazar)
18:30."Neftçi" - "Keşlə"
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov
"Bakcell Arena"23 sentyabr (bazar ertəsi)
19:00."Zirə" - "Qarabağ"
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov
Zirə İdman Kompleksinin stadionuскачать dle 12.1