Barcelona-da İspaniya La Liqasının 6-cı turunun Villarreal-la oyununda zədələnərək, meydanı tərk edən Lionel Messinin durumuna aydınlıq gəlib.
Goal.az xəbər verir ki, argentinalı oyunçunun zədəsi elə də ciddi deyil. Bu barədə komandanın baş məşqçisi Ernesto Valverde klubun mətbuat xidmətinə açıqlamasında deyib:
“Messinin ciddi problemi yoxdur. Əzələsində yüngül ağrılar hiss etdi və biz də risk etməməyə qərar verdik”.
Qeyd edək ki, Barcelona Villarreal-ı Antuan Qrizmann və Arturun qolları ilə 2:1 hesabıyla məğlub edib.скачать dle 12.1