Mütləq döyüş çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurməhəmmədovun növbəti döyüşünün vaxtı müəyyənləşib.
Report xəbər verir ki, bu barədə idmançının meneceri Rizvan Maqomedov bildirib. O deyib ki, Nurməhəmmədov növbəti görüşünü 2020-ci ilin mart və ya aprel ayında keçirəcək. Döyüşün keçiriləcəyi yer isə hələlik müzakirə olunmayıb.
Qeyd edək ki, Həbib Nurməhəmmədov sentyabrın 7-də ABŞ idmançısı Dastin Poryeni məğlub edərək UFC titulunu özündə saxlayıb. 31 yaşlı idmançının 28 qələbəsi var. O, hələlik məğlubiyyətlə üzləşməyib.скачать dle 12.1