Xəbər verdiyimiz kimi, Moskvanın "Spartak" klubu baş məşqçisi Oleq Kononvu istefaya göndərib.
Klub rəhbərliyi yeni baş məşqçi axtarışlarını davam etdirir. 
Milli.Az xəbər verir ki, Sportinfo.az-ın "Spartak"a yaxın mənbədən aldığı məlumata görə, paytaxt klubu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova da maraq göstərir.
Məlumata görə, "Spartak"ın nümayəndələri Qurban Qurbanovla təmas da qurublar. Onlar Qurbanovun məsələyə münasibətini öyrənmək istəyiblər.
Məlumatda bildirilir ki, "Spartak" rəhbərliyi "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində oynamasını nəzərə alaraq, Qurbanovla qışda və ya mövsümün sonunda da anlaşma əldə etməyə razıdır.скачать dle 12.1