BakiSesi.com

“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı

Tarix:5-10-2019, 07:30 | Oxunub: 7 966
“Qarabağ” qələbəsinə görə yarım milyon avro qazandı
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”ı Lüksemburqda 4:1 hesabı ilə məğlub etdiyi üçün UEFA-dan 570 min avro mükafat alacaq.
Bakisesi.com xəbər verir ki, Avropa futbol qurumu yarışın qrup mərhələsində hər qələbəyə görə bu qədər mükafat verir. Bərabərliyə görə isə 190 min avro nəzərdə tutulub. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək.
Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Pley-offa çıxanlar əlavə 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün 2,92 milyon avro mükafat da əldə edib. Üstəlik, Ağdam təmsilçisi cari mövsümdə Çempionlar Liqasında (ÇL) I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro, yəni, ümumilikdə 1 milyon 140 min avro qazanıb.
Beləliklə, Ağdam klubunun cari mövsüm üçün UEFA-dan gəliri 4 milyon 630 min avroya (təxminən 8,6 milyon manat) çatıb.скачать dle 12.1