Rusiyalı futbolçular Pavel Mamayev (“Krasnodar”) və Aleksandr Kokorin (“Zenit”) xuliqanlıq üstündə həbs ediliblər.

“Bakisesi.com” “TASS”a istinadən xəbər verir ki, Mamayev artıq 48 saatlıq həbsə məhkum edilib. Onlar haqqında açılmış cinayət işi yekunlaşdıqdan sonra həbsxana rejimində, yaxud ev dustaqlığında cəzalandırılmaları gözlənilir. Məhkəmənin gedişatı sabah bilinəcək.

Qeyd edək ki, Mamayevlə Kokorin Rusiyanın “Birinci kanal”ının sürücüsünə hücum ediblər. Daha sonra onlar kafelərdən birində Sənaye və Ticarət Nazirliyinin əməkdaşına hücum çəkiblər. Onların hər ikisi barədə “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.

скачать dle 12.1