BakiSesi.com

Ronaldo Avropanın ən yaxşı futbolçusu seçildi

Tarix:3-02-2021, 16:24 | Oxunub: 29
Ronaldo Avropanın ən yaxşı futbolçusu seçildi
“Yuventus”un və futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası tərəfindən 2011-2020-ci illərin ən yaxşı avropalı futbolçusu seçilib.
Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Reytinqin ikinci pilləsində ispaniyalı müdafiəçi Serxio Ramos qərarlaşıb. İlk üçlüyü “Bayern”in qapıçısı Manuel Noyer tamamlayıb.
Cənubi Amerikada isə onilliyin ən yaxşısı Lionel Messi olub. İkinci pillənin sahibi Neymar, üçüncü pillənin sahibi isə onun həmyerlisi Dani Alves olub.скачать dle 12.1