Azərbaycan millisi 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına daha 2 lisenziya qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından Bakisesi.com-a verilən məlumata görə, idman gimnastlarımız - Marina Nekrasova və İvan Tixonov Olimpiadada iştirak hüququna yiyələniblər. 
Onlar lisenziyaya Almaniyanın Ştutqart şəhərində keçirilən dünya çempionatında göstərdikləri nəticəyə əsasən sahib olublar. 
Bununla da Azərbaycan yığmasının Tokio-2020-yə qazandığı vəsiqələrin sayı 8-ə çatıb. 
M. Nekrasova və İ. Tixonovdan öncə bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, güləşçilər Mariya Stadnik və Şərif Şərifov da bu hüquqa yiyələnib.
Qeyd edək ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək. скачать dle 12.1