"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda oktyabrın 24-ü Kiprin APOEL klubunu qəbul edəcək.
Milli.Az xəbər verir ki, qarşılaşmanın biletləri bu gün saat 12:00-dan satışa çıxarılıb.
Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 AZN-dir.
İlk gündə 10 minə yaxın biletin satılacağı ehtimal edilir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn).скачать dle 12.1