Nigeriyalı qadın döyüşçü Eminat Aydris səkkiz aylıq hamilə ikən taekvondo turnirindən qızıl medal qazanıb.
Bu barədə “The Independent” xəbər yayıb.
26 yaşlı atlet milli idman festivalında qalib gəlib. Yarışın təşkilatçıları onun nailiyyətini ruhlandırıcı adlandırıblar.

Aydris bununla bağlı tənqidlərə də cavab vermək məcburiyyətində qalıb və onu səhlənkarlıqda qınayan sosial şəbəkə istifadəçilərinin taekvondo haqqında heç bir şey anlamadıqlarını bildirib.
“Riskli olmadığına görə sınamağa qərar verdim. Həkimim də mənə icazə verdi”, - deyə o bildirib.скачать dle 12.1