İngiltərənin "Derbi Kaunti" klubunun futbolçusu Ueyn Runi açıqlama verib.
Karyerası ilə bağlı danışan 34 yaşlı futbolçu, Lionel Messi ilə Kriştianu Ronaldunu müqayisə edib:
"Açığı, mən istedadlı bir hücumçu deyiləm. "Mançester Yunayted"də və İngiltərə millisində bir çox rekordlarım olub, bununla qürur duyuram, amma məndən daha yaxşı hücumçular olub. Bu rekordlar üçün çox vaxtım oldu, MY-də 13, millidə 15 il keçirdim. Geriyə baxanda, "daha çox qol vura bilərdim" deyə, düşünürəm.
Ronaldo mənim dostumdur, amma Messinin daha yaxşı olduğunu düşünürəm. Ronaldo cərimə meydançasında bir qatil kimidir, ancaq Messi öldürmür, işgəncə edir. Futbol tarixinə onlar kimi futbolçu bir də gəlməyəcək".
İngiltərəli futbolçu, "Liverpul"un hücumçuları haqqında da danışıb:
"Liverpul"un hücumundakı üç futbolçu mükəmməl nümunədir. Məhəmməd Salah, Sadio Mane və Roberto Firmino inanılmaz oyun göstərir. Onlar mənə Françesko Tottinin "Roma"dakı oyununu xatırladır. Etiraf etmək mənim üçün çətindir, amma "Liverpul" dünyanın ən yaxşı hücum xəttinə malik komandasıdır".скачать dle 12.1