“Liverpul”un hücumçusu Sadio Mane Madridin “Real” klubuna keçmək niyyətindədir.

Bu barədə “France Football” nəşri məlumat yayıb.

Mənbə qeyd edib ki, seneqallı hücumçu “Real”ın baş məşqçisi Zinəddin Zidanla çalışmaq istəyir. Elə Zidan da bu futbolçu ilə işləməkdə maraqlıdır.

S.Mane 2019-cu ildə “Qızıl top” uğrunda mübarizədə “Liverpul”un müdafiəçisi Van Deyki açıq şəkildə dəstəkləyən baş məşqçi Yurgen Kloppun mövqeyindən narazı qalıb.

Qeyd edək ki, bu mövsüm S.Mane İngiltərə çempionatında 26 qarşılaşmada forma geyinib və 14 qol vurub.скачать dle 12.1