Koronavirus pandemiyası təkcə iş adamlarına deyil, eyni zamanda məhşur idmançılara da külli miqdarada ziyan vurub. Nəticədə milyonlara sahib idmançılar külli miqdarda vəsait itirib.
Ən çox itkiyə Messi və Ronaldo məruz qalıb. Messi 50 milyon dollar, Ronaldo isə 20 milyon dollar itirməli  olub.
 “Ölkə.Az”   xəbər verir ki, professional idman  pandemiya nəticəsində gəlirlərinin böyük qismini itirməli olub. “Forbes”in məlumatına görə,  pandemiya dövründə tətbiq olunan  karantin nəticəsində məhşur idmançılar külli miqdar gəlirlərindən məhrum olublar. Hətta bəzi idman klub sahibləri oyunçuları ilə maaşlaırnı azaldılması istiqamətində danışqılar aparır.
Futbol
Məsələn Avropanın bəzi futbol klublarının oyunçuları   mövcud  çətin maliyyə  şəraitində  əməkhaqqılarının azaldılmasına razılıq verib. Məsələn pandemiyadan öncə “Barselona”  ildə 858 milyon dollarlıq  ümumi xərcinin  600 milyon dollarını əməkhaqqına ödəyiridisə, indi bu xərci azaltmaq məcburiyyətindədir. Hansı ki, bu klubda dünyanın ən  bahalı futbolçusu olan Lionel Messi oynayır. Forbesin hesablamalarına görə, Messi 2018/19-cu ildə təkcə  mövsümi reklamdan  olan gəlirləri 127 milyon  təşkil edib. “Barselona”kı illik  müqaviləsi isə 80 milyon  dollardır. Beləliklə pandemiya Messiyə 50 milyon dollara yaxın  ziyan vuracaq.
 Kriştiana Ronaldo isə  komanda oyunçuları ilə birgə 4 aylıq; mart iyun ayınadək maaşlarından imtina ediblər. Bununla da “Yuventus” 97 milyon dollar , haradasa 30 faiz əməkhaqqı büdcəsinə qənaət etmiş olacaq. Bununla da Ronaldo haradasa 20 milyon dollar itirəcək. Qeyd eədk ki, Ronaldo 2018/19-ci mövsümündə 109 milyon dollar qazanıb. Digərməhşur futbolçu Neymar da  bir neçə milyon itirməli olacaq.
Avtosport
Koronavirus “Formula-1”ə də ciddi ziyan vurub. Pandemiya nəticəsində “Formula-1” heç start götürə bilmədiyindən   təşkilatçılar və sahibkarlar itirəcək. “Alfa Tauri”nin şefi  Frans Tostun hesablamalaırna görə   hər təxirə salınan Qran-pri 1,5-2 milyon Avroya başa gəlir. Bu səsəblə də  bəzi pilotlar  komandanın xeyrinə könüllü olaraq  əməkhaqqılarından imtina ediblər.
Basketbol və Xokkey 
Pandemiya  bu sahəyə də ciddi ziyan vurub.  Milli Xokkey Liqası  mayın 15-dək maaşları verməyi dayandırıb.
Dünyanın  ən bahalı basketbolçuları,  Lebron Ceyms, Stefan Karri və Kevin Dyurant hər təxirə salınan matça görə 300000-380000 dollar itirməli olacaqlar.
Tennis və qolf oyunçuları da pandemiyadan külli miqdarda itirməli olacaqlar.скачать dle 12.1