Braziliyalı sabiq futbolçu Ronaldinyonun Paraqvayda saxlanılma səbəbinə dair daha bir iddia ortaya atılıb.
Bu, keçmiş hücumçunun digər kriminal əməli ilə əlaqədardır. Onun Braziliyanın Portu-Alleqridəki şəxsi mənzillərindən birini qeyri-qanuni azart oyunları üçün ayırdığı müəyyənləşib. Ronaldinyonun öz vətənində gizli geyminqə çevrildiyi üzə çıxıb.
Nəşrin ələ keçirdiyi sənədlərdə Portu-Alleqridə gizlicə qeyri-qanuni oyunlar təşkil edən "Winpoker" təşkilatının "sambaçı"nın evinə qeydiyyata alındığı göstərilib. Bu səbəbdən, Paraqvaydakı həbsin qeyri-qanuni fəaliyyətlə bağlı olduğu güman edilir. Saxta pasport versiyasının Braziliya hökumətinin xahişi ilə açıqlandığı və bu yolla böyük qalmaqalın çıxmasının istənilmədiyi bildirilir.
Hazırda Ronaldinyo Paraqvayda ev dustaqlığındadır. O və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasport təqdim etdikləri üçün həbs olunublar. Aprelin 7-də Ronaldinyo girov qarşılığında həbsxanadan çıxıb. Beləliklə, eks-futbolçu "içəri"də bir ay keçirib. reportскачать dle 12.1