"Yuventus"un "Barselona"nın yarımmüdafiəçisi Arturu heyətinə qatacağı, əvəzində Miralem Pyaniçi qarşı tərəfə göndərəcəyinə dair xəbərlər yayılmışdı.
 Turin klubunun idman direktoru Fabio Paratiçi "Barsa" ilə danışıqlar apardıqlarını təsdiqləyib:
"Pyaniç - Artur "barter"i ilə bağlı gəzən söz-söhbətlərə gəlincə, biz həmişə bir-birimizlə danışırıq. Digər böyük klublar da istisna deyil. Ümumiyyətlə, futbolun gələcəyi ilə bağlı da müzakirələrimiz olur. Hazırda "Barselona" ilə danışıqlarımızın davam etdiyini təsdiqləyə bilərəm".скачать dle 12.1