Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Anton Krivotsyuk Polşa klubu "Visla"ya (Plotsk) transfer olunub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi Plotsk təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasında 5 nömrəli forma ilə çıxış edəcək.
Klub Krivotsyuku ictimaiyyətə təqdim edib.
Daha əvvəl yığmanın hücumçusu Mahir Emreli Polşa "Legiya"sı ilə 3+1 illik sözləşməyə imza atıb.
Krivotsyukun "Neftçi" ilə müqaviləsi cari mövsümün sonunda başa çatıb.скачать dle 12.1