“EURO 2020”də komandasının Finlandiya ilə oynadığı matç zamanı ürəyi birdən-birə dayanan danimarkalı futbolçu Kristian Eriksenin müalicəsi davam edir.
Bu barədə Danimarka milli yığmasının həkimi Morten Boesen açıqlama verib.
Həkim 29 yaşlı futbolçuya lazım olduqda qəlbi yenidən işə salan cihaz taxılacağını bildirib. O, implantasiya olunan Kardioverter Defibrilator (ICD) adlanan cihazın ürək ritmindəki problemlər səbəbindən vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Eriksenə futbol meydançasında ilkin tibbi yardımı göstərən alman həkim Cens Kleynfeld Alman mətbuatına açıqlamasında Eriksenin hadisədən 30 saniyə sonra gözlərini açdığını və danışmağa başladığını deyib:
“Çox təəccüblü an idi, çünki normal həyatda belə təcili vəziyyətdə bu cür hadisənin yaşanma ehtimalı çox azdır”.скачать dle 12.1