İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.
 Azərbaycan təmsilçisi Mirəşrəf Kazımzadə 1/16 finalda Gürcüstan yığmasının erməni əsilli üzvü Arşak Yelizbaryanla üz-üzə gəlib. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız hər üç raundda rəqibini üstələyərək qalib gəlib - 3:0. Kazımzadə bu gün 1/8 finalda macarıstanlı Robert Cservenka ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında 7 boksçu ilə təmsil olunur.скачать dle 12.1