2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti futbolçunun keçidini gerçəkləşdirib.
Klubun rəsmi saytı xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son mövsümü “Qəbələ”də keçirmiş qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb. Qolkiper yeni komandasında "1" nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2012-2017-ci illərdə "Sumqayıt"da çıxış etmiş Tərlan Əhmədli bu müddətdə ümumilikdə 11 oyun keçirib. O, “Qəbələ” ilə yanaşı (14 oyun), “Rəvan”, “Xəzər Bakı” və “Sabah” klublarının da uğurları üçün çalışıb. Əhmədli Azərbaycanın U-21 və U-23 millilərinə də dəvət alıb.
скачать dle 12.1