Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun futbolçusu Markus Tyuram ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar keçirilən aksiyaya dəstək nümayiş etdirib.
Fransalı hücumçu Bundesliqanın XXIX turunun "Union Berlin"lə ev qarşılaşmasının (4:1) 41-ci dəqiqəsində özünün ilk qolunu vurduqdan sonra diz çökərək irqçiliyə və polis vəhşiliyinə etirazını bildirib.
Dünən isə "Şalke"nin amerikalı yarımmüdafiəçisi Ueston Makkenni "Verder"lə matça (0:1) üzərində "Corc üçün ədalət" sözləri yazılmış sarğı ilə çıxıb.
Qeyd edək ki, "Union Berlin"lə görüşdə dubl edən M.Tyuram digər qolu isə 59-cu dəqiqədə rəqib qapısından keçirib. O, fransalı məşhur futbolçu Lilian Tyuramın oğludur.скачать dle 12.1