BakiSesi.com

Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi - VİDEO

Tarix:23-11-2021, 10:02 | Oxunub: 14
Azərbaycan güləşçisi Fransada erməniyə qalib gəldi - VİDEO
Fransada klublararası güləş çempionatı start götürüb.
İlk turda Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasovun çıxış etdiyi “Şiltgem” komandası “Mets”lə üz-üzə gəlib.
87 kq çəki dərəcəsində mübarizə aparan idmançı iki görüş keçirib. Əvvəlcə fransalı Salamon Entoni üzərində 8:0 hesablı qələbə qazanan Abbasov daha sonra erməni güləşçi Edqar Xaçaryanı məğlub edib - 6:3.
Onun komandası yekunda 7:3 hesablı qələbə ilə ilk turu başa vurub.
Qeyd edək ki, Fransa çempionatı dekabrın sonunadək davam edəcək.
скачать dle 12.1