Azərbaycanın daha bir güləşçisi Dünya Güləş Birliyindən (UWW) pul mükafatı alıb.
UWW-nin rəsmi saytı xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçi Mariya Stadnikə 3 000 ABŞ dolları verilib.
2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində 3-cü olduğundan, bu mükafata layiq görülüb.
Bu çəki dərəcəsində ilk pillədə ABŞ təmsilçisi Sara Hilderbrandt (82 xal) qərarlaşıb. İkinci sıranı isə yaponiyalı Yui Susaki (68 xal) tutur.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) 3 000 ABŞ dolları, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) isə 10 000 dollar mükafat əldə edib.скачать dle 12.1