Futbol üzrə İtaliya Kubokunda ilk finalçı müəyyənləşib.

"BAKİSESİ.COM"un məlumatına görə, bu, "Latsio" komandasıdır.

Paytaxt təmsilçisi yarımfinalda "Milan"ı üstələyib. İlk görüşdə öz meydanında qolsuz heç-heçə edən "Latsio" "San Siro"dakı cavab qarşılaşmasında qələbəyə nail olub - 1:0. Yeganə qolu 58-ci dəqiqədə Xoakin Korrea vurub.

Daha bir finalçı "Atalanta" - "Fiorentina" cütünün qalibi olacaq. Bu komandalar arasında Florensiyadakı ilk qarşılaşmada məhsuldar heç-heçə qeydə alınıb - 3:3. Cavab oyunu bu axşam olacaq.скачать dle 12.1