BakiSesi.com

“Qalatasaray“ sabah Bakıya gələcək

Tarix:15-09-2020, 15:20 | Oxunub: 17
“Qalatasaray“ sabah Bakıya gələcək
"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" Bakıya 45 nəfərlik nümayəndə heyəti ilə gələcək.
Bakısəsi xəbər verir ki, heyətdəkilərdən 23-ü futbolçudur. Həmin oyunçular adları UEFA-ya sifariş edilənlərdən ibarətdir.
Qalan 22 nəfər arasında İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz olmayacaq. Əvəzində klubun vitse-prezidenti Abdurrahim Albayrak nümayəndə heyətinin tərkibində yer alıb.
Sentyabrın 16-da çarter reysli təyyarə ilə Bakıya yola düşəcək "Qalatasaray" təqribən saat 15 radələrində Heydər Əliyev adına Beynəlxalq Aeroportunda olacaq.
Sportinfo xatırladır ki, saat 18:00-da baş məşqçi Fatih Terim oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda media önünə çıxacaq. Bundan yarım saat sonra "sarı-qırmızılar"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.
Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.скачать dle 12.1