“Uni Bank” 2020-ci ilin 4-cü rübünə olan hesabatını açıqlayıb.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2019-cu ilin son rübü ilə müqayisədə 28 milyon 612 min manat artaraq 815 milyon 811 min manata çatıb. Artımın əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərinin81 milyin 27 min manat artaraq 477 milyon 955 min manata çatmasıdır. Müştərilərə verilmiş kreditlərin bölgüsündə istehlak kreditləri 17 milyon 967 min manat artaraq 308 milyon 339 min manata, biznes kreditləri 31 milyon 435 min manat artaraq 200 milyon 587 min manata, daşınmaz əmlak kreditləri isə 10 milyon 441 min manat artaraq 58 milyon 387 min manata bərabər olub.

“Uni Bank”ın cəmi öhdəlikləri də 2019-cu ilin yekun rübü ilə müqayisədə 22 milyon 59 min manat artaraq 719 milyon 45 min manata çatıb. Buna baxmayaraq öhdəliklər maddəsinin 1-ci bəndində azalmalar müşahidə olunub. Belə ki, müştərilərin “Uni Bank”dakı depozitlərinin həcmi 2019-cu ilin eyni rübü ilə müqayisədə 2020-ci ilin son rübündə 8 milyon 365 min manat və ya 1.6% azalaraq 522 milyon 367 min manata düşüb. Azalmanın əsas səbəbi isə hüquqi şəxslərin depozitlərinin 17 milyon 443 min manat azalaraq 96 milyon 117 min manata düşməsidir. Bundan başqa fiziki şəxslərin bankdakı əmanətləri 9 milyon 78 min manat artaraq 426 milyon 250 min manata çatıb.

“Uni Bank”ın faiz gəlirləri 87 milyon 724 min manat, faiz xərcləri isə 28 milyon 38 min manat olub. Nəticədə bankın xalis faiz gəliri 59 milyon 686 min manata çatıb. Qeyri-faiz gəlirinin 40 milyon 989 min manat azalaraq 30 milyon 798 min manata düşməsi və qeyri-faiz xərcinin 7 milyon 118 min manat artaraq 70 milyon 257 min manat olması bankın əmliyyat mənfəətinin 1 il ərzində 35 milyon 336 min manat azalaraq 20 milyon 227 min manata düşməsinə səbəb olub. Bundan başqa bankın xalis mənfəəti də 12 milyon 944 min manat və ya 54% azalaraq 11 milyon 21 min manata enib.

“Uni Bank”ın tutumlardan sonrakı məcmu kapitalı 1 il ərzində 2 milyon 704 min manat artaraq 82 milyon 906 min manata yüksəlib.
“UniBank”ın xalis mənfəəti 54%-dən çox azaldı - RƏQƏMLƏRскачать dle 12.1