“Crocus Group” şirkətinin prezidenti Araz Ağalarov hazırkı biznesini batan gəmiyə bənzədib.
Bu barədə biznesmen RBK telekanalına müsahibə verib.
Onun dediyinə görə, şirkətin resursları işçilərə mart ayının maaşlarını ödəməyə imkan verəcək, ancaq aprel ayı üçün pul olmayacaq.
“Hazırda vəziyyətimiz belədir, bu ofisdə kiçik bir gəminin kapitanı kimi oturub onun batdığını izləyirəm. Mən heç nə edə bilmirəm, çünki heç bir şəkildə təsir göstərmək mümkün deyil ”, - deyə A.Ağalarov qeyd edib.
Onun sözlərinə görə, “Crocus Group”da 15 min insan çalışır və iki min nəfərin işlədiyi “Sənin Evin” mağazalar şəbəkəsi istisna olmaqla, qrupun bütün obyektləri bağlıdır.
“Crocus Group”un 2018-ci il üçün gəliri 60 milyard rubl təşkil edib. Şirkət sahəsi 1,5 milyon kvadrat metrdən çox olan ərazidə daşınmaz ticarət əmlakını idarə edir. “Crocus Group”un portfelinə alış-veriş və sərgi mərkəzləri, okeanarium, restoran və fitnes klubları daxildir. Şirkətlər qrupuna Mərkəzi Dairəvi Yolu quran podratçı şirkətlər də aiddir.скачать dle 12.1