“Pandemiya nəticəsində Azərbaycanda fəaliyyəti məhdudlaşdırılmış iqtisadi sahalərin dayanması ümumi daxili məhsulun (ÜDM) 1,7 faiz azalamasına gətirib çıxarıb. Bu da manatla ifadədə gündəlik təribən 42 milyon manat pul deməkdir”.
 “Ölkə.Az” xəbər verir ki, bunu Milli Məcliisn İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, bu, eyni zamanda ölkə iqtisadiyyatının  digər sahələrinə  də mənfi təsir göstərir. “İqtisadiyyat nazirinin bu günlərdə  açıqladığı kimi pandemiya nəticəsində iütisadiyyat gündə 120-150 milyon manat itkilərə səbəb olur. Bu isə Azərbaycan iqtisadiyyatının pandemiyadan  təsirləndiyinə əsas verir”-komitə sədri bildirib.
O əlavə edib ki, bütövlükdə pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirləri çox böyük rəqəmlərlə ölçülür: “Məsələn, Rusiya iqtisadiyyatında aparılan hesablamalara görə,  gündəlik  itki təqribən 1,3 milyard dollar həcmindədir. Yalnız məhdudlaşdırma tədbirlərinə görə... Onu da nəzərə alsaq ki, Azərbaycanda qeyri-neft sektorunun ixracının böyük bir hissəsi Rusiyanın payına düşür. Bu isə onu deməyə əsas verir ki, qonşu ölkələrdəki məhdudlaşmanın Azərbaycan iqtisadiyyatına təsiri çoxdur. O baxımdan da gündəlik 150 milyon manatadək itki Azərbaycan iqtisadiyyatı üçün böyük təsir deməkdir”.
Komitə sədri deyib ki, ona görə də bu təsirlərin minimuma endirilməsi istiqamətində ciddi kompleks tədbrilər planı hazırlanıb həyata keçirilməkdədir. “Vergi Məcəlləsində   vergi güzəştləri və təttillərinin verilməsi bu məqsədə xidmət edir”- T.Mirkişili bildirib.
Millət vəkili bildirib ki, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri üçün vergi güzəştləri müzakirə edilib: “Bu güzəştlər bütöv 2020-ci ili əhatə edəcək. Cərimələr olmayacaq. Əmlak və torpaq vergisi 0% olacaq, sadələşdirilimiş vergi 2 dəfə azalacaq və s...
Məsələn, taksi ilə sərnişin daşınmasına görə aylıq vergi 9 man idi, indi olacaq 4.5 manat. Yük daşımaya görə vergi hər tona görə 1 man idi, olacaq 50 qəpik. İctimai iaşə sahəsində vergi dərəcəsi dövriyyədən 8% idi, olacaq 4%. 
Sosial sığorta ödənişi dərəcələri təsirlənən sahələrdə 25%-dən 3%-ə endi. Məsələn, bərbərlər, dərzi, təmirçilər ayda 62,5 manat əvəzinə, 7.5 manat ödəyəcəklər və s... Yəni  pandemiyanın sahibkarlıq sektoruna, o cümlədən ölkə iqtisadiyyatına mənfi təsirlərini minimuma endirmək və qısa zamanda iqtisadiyyatının  bərpa olunması üçün ciddi addımlar atılır. Təbii ki,  Azərbaycan dövləti digər məsələlərdə olduğu kimi, bu məsələdə də əsas yükü öz üzərinə götürməklə  vətənaşının yanında olduğunu sübut etdi. Belə ki, dövlət Azərbaycan iqtisadiyyatına olan mənfi təsirlərinin maksimum minimuma endirilməsi və az itki ilə çıxması üçün  3,5 milyard manatlıq  büdcə formlaşdırıb. Bu vəsait  əsasən  pandemiyadan  zərər çəkən  sahibkarlıq  və özəl sektorun zərərlərinin qarşılanmasına, eyni zamanda üzləşilən  vəziyyətdən qısa zamanda çıxmasına  yönəldiləcək. Məhz dövlətin  və  cənab Prezidentin yürütdüyü çevik siyasət, sahibkarlara dəstəyi nəticəsində ölkə iqtisadiyyatı pandemiyanın mənfi təsirlərini qısa zamanda aradan qaldıra biləcək. Post-pandemiya dövründə yeni iqtisadi model formalaşdıracaq. Vergi Məcəlləsinə,  bank-maliyyə sektorunda və digər sahələrdə atılacaq addımlar məhz buna xidmət edir”.скачать dle 12.1