Azərbaycan neftinin 2019-cu il üçün dünya bazarlarında orta satış qiyməti açıqlanıb.
Bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatda yazılıb.
Bildirilib ki, qlobal enerji qiymətlərində müşahidə edilən dalğalanmalar nəticəsində “Azəri Layt” markalı xam neftin bir barelinin dünya bazarlarında satış qiyməti orta hesabla 66,9 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Bu rəqəm 2018-ci ilə nisbətən 8,5 faiz az, 2019-cu il büdcəsində nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə isə 11,5 faiz çoxdur.скачать dle 12.1