Dünyanın ən məşhur oyunlarından biri olan GTA 5 ödənişsiz olub.
 ''Epic Games'' hər həftə bir neçə oyunu istifadəçiləri üçün ödənişsiz edir. Bu oyunlardan yararlanmaq üçün ''Epic Games''i kompüterə yükləyib, ödənişsiz qeydiyyatdan keçmək kifayətdir. Ancaq ''GTA 5''-in ödənişsiz olacağını heç kim gözləmirdi. Oyunun pulsuz olması istifadəçilərin proqrama yüklənməsinə və serverin qısa müddətlik çökməsinə səbəb olub. Maraqlısı ondadır ki, bu vəziyyəti fürsətə çevirənlər də olub. ''Epic Games''də onlarla hesab açan istifadəçilər oyunun yenidən əvvəlki qiymətinə satılması ilə birlikdə özləri də, oyunu hesabları ilə birlikdə satışa çıxarıblar.скачать dle 12.1