Azərbaycan və Rusiya gömrük orqanları arasında məlumat mübadiləsinin texniki şərtləri imzalanıb.
Bu barədə "BAKİSESİ.com"a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Sənədi oktyabrın 4-də Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 68-ci iclası çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin imzalayıblar.
Qeyd edək ki, sənəd 2017-ci il iyunun 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında Protokol" çərçivəsində imzalanıb.скачать dle 12.1