"Hyundai" şirkəti Rusiyada 28 mindən çox avtomobili geri çağırıb.

BAKİSESİ.COM-un məlumatına görə, bu qərar avtomobillərin yanacaq şlanqında qeydə alınan qüsurlarla bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2017-ci ilin noyabrınadək satılmış “Creta" modellərinə şamil edilir.

Bildirilir ki, bu maşınlarda təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.скачать dle 12.1