Ölkəmizdə karantin rejiminin yumşaldılması ilə əlaqədar rayonlararası gediş-gəliş bərpa edilib.
Buna baxmayaraq Bakı, Sumqayıt, Abşeron, Lənkəran və Gəncə şəhər və rayonları ilə bağlı məhdudiyyətlər qalmaqdadır. İndi çoxlarını düşündürən məsələ rayonlararası gediş-gəlişin necə tənzimlənməsi və şəhərdən bölgələrə, eyni zamanda əks istiqamətdə gediş-gəlişin mümkün olub-olmaması məsələsidir. Bu suallara cavab öyrənmişik.
Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Bakı qeydiyyatında olanların digər bölgələrə səfərinə icazə verilmir. Baş Dövlət Yol Polisi İdarəsinin Şöbə rəisi Kamran Əliyev deyir ki, Bakı, Abşeron, Sumqayıt, Gəncə və Lənkəran sakinləri yalnız SMS və iş yerindən arayış əsasında hərəkət edə bilərlər. Bu da rayonlara getmək üçün deyil.
Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran sakinləri öz yaşadığı ərazidə icazə əsasında hərəkət edə bilərlər. Onların digər rayonlara gediş-gəlişinə icazə yoxdur. Məhdudiyyət ləğv olunmuş rayon sakinlərinə yalnız həmin rayonlararası hərəkətə icazə verilir". 
Ancaq müəyyən hallarda vətəndaşların Bakıdan rayona eyni zamanda əks istiqamətdə hərəkətinə icazə verilə bilər.
Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Əgər şəxsin daimi qeydiyyat yeri rayondursa, onun iş yeri fəaliyyətə başlayıb, onun məlumatları icazə portalına yerləşərsə, Bakıya gələ bilər. Eləcə də Bakıda olan şəxsin hansısa rayonda iş yeri barədə qərar varsa, məlumatları icazə portalına daxil etməlidir, sonra hərəkətə icazə verilə bilər".
Bundan başqa yalnız 2 halda 8103 nömrəsinə SMS göndərməklə Bakıya gəlmək olar.
Kamran Əliyev - BŞDYPİ-nin şöbə rəisi: "Rayon xəstəxanasından göndəriş varsa, Bakıda müayinə-müalicə olunmalıdır. Yaxın qohumun dəfnində iştirak üçün 3 indeksindən istifadə edilməldir. 3 indeksindən hansısa yasda, dini rituallarda iştirak üçün deyil, konkret dəfndə iştirak üçün yaxın qohuma icazə verilir".
Qeyd edək ki, ötən sutka ərzində karantin rejiminin pozulmasına görə respublikanın avtomobil yollarında 486 nəfər inzibati məsuliyyətə cəlb edilib. Aprelin 1-dən bu günədək xüsusi karantin rejiminin pozulmasına görə 47 min 963 hərəkət iştirakçısı cərimələnib.скачать dle 12.1