Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin təşəbbüsü ilə “Ali təhsil müəssisələrində PR: Strukturun və media ilə işin düzgün qurulması, hədəf auditoriyaları” mövzusunda təlim-konfrans keçirilib.

“BAKISESI.COM” xəbər verir ki, universitetin rektoru Elçin Babayev təlimin keçirilməsində əsas məqsədin ali təhsil ocaqları arasında əlaqə yaratmaq, vahid informasiya sistemi qurmaq olduğunu deyib.

E.Babayev mətbuat xidməti rəhbərlərinin bu sahədə bacarıq və peşəkarlıqlarının artması ilə bağlı müxtəlif mövzuların müzakirə olunduğunu da qeyd edib.

Rektor konfransın yaddaqalan, öyrədici və faydalı olacağına əminliyini ifadə edərək tədbir iştirakçılarını 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib.

O, eyni zamanda BDU-nun 100 illiyi münasibətilə “100 ilin zirvəsi” adlı yazı müsabiqəsinin elan olunacağını qeyd edib: “Müsabiqəyə avqustun 1-dən start veriləcək və yazıların qəbulu oktyabra kimi davam edəcək”.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov təlim-konfransda yeni mərhələnin başladığını, bundan sonra təlimlərin ali təhsil müəssisələrinin rəhbərliyi ilə keçiriləcəyini qeyd edib.

C.Valehovun moderatorluğu ilə davam edən konfransda BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Mətbuat və İnformasiya şöbəsinin müdiri Pərvanə İbrahimova "PR: Strukturun və media ilə ilin düzgün qurulması... Hədəf auditoriyası kimdir?" mövzusunda təqdimat ediblər.

Təqdimat müddətində auditoriya ilə interaktiv iş aparılıb, mətbuat katibləri hədəf auditoriyasının müəyyənləşdirilməsi, daxili PR-da yaşanan çətinliklər barədə danışıblar.скачать dle 12.1