Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev və Natiq Alıyevin barələrində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

BAKİSESİ.COM-un məlumatına görə, Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hər üç təqsirləndirilən şəxsin kassasiya şikayətlərini geri götürdükləri elan olunub. Lakin iş üzrə zərərçəkmiş şəxslərdən İlqar Əliyevin nümayəndəsi şikayətə baxılmasını istəyib. Zərərçəkənin şikayətinə avqustun 1-də baxılacaq.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Füzuli Əliyev 14 il, Natiq Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apelyasiya Məhkəməsi isə onların şikayətlərini təmin etməyib. Qərardan narazı qalan şəxslər Ali Məhkəməsinə kassasiya şikayəti veriblər.(Apa.az)скачать dle 12.1