Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov irlandiyalı döyüşçü Konor Makqreqor ilə döyüşdən sonra baş verən insidentə görə "UFC"-nin yüngül çəki dərəcəsində çempionu titulundan məhrum edilə bilər.

“BAKİSESİ.com”un məlumatına görə, bu barədə "UFC"nin prezidenti Deyn Uayt bildirib.

"Həbib cərimələnə və ya diskvalifikasiya edilə bilər. Əgər o uzun müddətlik diskvalifikasiya edilərsə, əlbəttə ki, biz onu tituldan məhrum edəcəyik. Əlbəttə, sanksiyalar olacaq".

Uayt əlavə edib ki, rusiyalı döyüşçü keçirdiyi döyüşə görə 2 milyon dollar məbləğində qonorarı araşdırmanın sonuna qədər almayacaq.скачать dle 12.1