İsrailin nüvə silahına sahib olduğu və bu silahların sınağını keçirdiyi hər kəsə məlumdur. Lakin yəhudi dövləti bunu heç vaxt rəsmən açıqlamayıb.
Publika.az xəbər verir ki, ABŞ-ın “Foreign Policy” xarici siyasət dərgisi Vela 6911 adlı peykin 22 sentyabr 1979-cu ildə Cənubi Atlantikdə nüvə silahı sınağını keçirdiyini yazıb. Peykin qeydə aldığı iki parıltının İsrailin nüvə silahı sınağı keçirməsindən başqa bir şey olmadığını təsdiq edən 40 il sonra hesabat da hazırlanıb.
Dərgi dövrün prezidenti Cimmi Karterin və sonrakı ABŞ hökumətlərinin sınağı keçirənlərin İsrail olduğunu bilsələr belə yəhudi dövlətinin daxil olduğu Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsini (PNTBT) pozduğunu ictimaiyyətdən gizlətdiyinə diqqət çəkib.
22 sentyabr 1979-cu ildə peyklə birlikdə Floridadakı Patrik Hərbi Hava Qüvvələri Bazasının işçiləri nüvə göbələyinə bənzər buludu gördükdən sonra ABŞ Hərbi Hava Qüvvələri xəbərdarlıq verdi. Bundan sonra Karter hökuməti Ağ Evdə təcili toplantı keçirdi. Cənubi Atlantikdə nə olmuşdu və bunu kim etmişdi? Əsas şübhəlilər gizli əməkdaşlıq daxilində nüvə silahı proqramı tətbiq edən İsrail və Cənubi Afrika Respublikası idi. Hər iki ölkə də PNTBT-nin üzvü idi. Bu hadisə isə həm müqavilənin, həm də ABŞ-ın silahsızlaşdırılması tədbirlərinin pozulması demək idi. Yəni qanunsuz hərəkət edən ölkəyə sanksiya tətbiq edilməsi və silah dəstəyinin kəsilməsi lazım idi. Cənubi Afrikanın isə belə bir proqramı həyata keçirəcək qədər inkişaf etmədiyi göz önündə idi.

Hadisəni törədənlərin adı heç zaman açıqlanmadı, tarixin tozlu səhifələrinə qaldı.
40 il sonra bu hadisəni “Foreign Policy” dərgisi mütəxəssislərlə birgə araşdırmağa başladı. Gizliliyi ləğv edilmiş sənədlər araşdırıldı. Sabiq səlahiyyətli şəxslərin ifadələri alındı, elmi-akademik analizlər bir araya gətirildi və hidrogen bombasının sınağına dair dəlillərin şübhəyə yer verməyən şəkildə İsraili göstərdiyi açıqlandı.
ABŞ prezidenti o gün gündəliyinə bu sözləri yazdı: “Cənubi Afrika bölgəsindən nüvə partlaması işarələri gəldi – bu, Cənubi Afrika, ya da İsrailin dənizdə gəmidən istifadə edərək həyata keçirdiyi sınaqdan başqa bir şey ola bilməz”.
Cənubi Afrikanın 1600 km cənub-şərindəki Şahzadə Eduard adalarından götürülən radioaktiv səpintilərin içindəki radioaktiv yod-131 daha sonra Avstraliyanın qərbindəki qoyunların tiroidlərində tapıldı. ABŞ-ın Dənizçilik Araşdırma Labaratoriyasının hidroakustik bilgiləri həqiqətən də nüvə partlayışına işarə edirdi.
Lakin Karter Administrasiyası istintaqı açıqlamaq yerinə hadisəni ört-basdır etdi. Ağ Ev peyk görüntülərinə əhəmiyyət verməməyə başladı. Karterin bu hadisəni müzakirə etmək üçün 3 dəfə topladığı məsləhətçilər heyəti 1980-ci ilin mayında 22 sentyabr siqnalının nüvə partlayışı olmadığına dair elmi qənaətə gəldiyini açıqladı. 2002-ci ildə Nobel Sülh Mükafatına layiq görülən Karteri bu hadisəni ört-basdır etməyə bir çox səbəb vadar etdi. Onsuz da, 1979-cu il İran İslam İnqilabından sonra şah Pəhləvinin ABŞ-a qaçması və İrandakı ABŞ səfirliyi işçilərinin girov götürülməsi fonunda 4 noyabr 1980-ci il prezident seçkiləri yaxınlaşırdı. Rusiya ilə Genişmiqyaslı Nüvə Sınaqlarını Qadağan edən Razılaşma daxil olmaqla, nüvə silahlarının nəzarəti və silahsızlaşdırma cəhdləri ABŞ xalqının etibarını sarsıda bilərdi. Pakistana nüvə silahına sahib olduğu üçün yardımları kəsmək proqramını yenidən sorğuya çəkə bilərdilər. İsraili günahlandıran ABŞ-ın bu ölkəyə dəstəyini kəsməsi vacib idi. Bu da 1978-ci ildə Misir ilə İsrail arasında imzalanan “Kemp Devid” sülh müqaviləsini təhlükə altına atardı.
“Foreign Policy”in xəbərini qələmə alan 8 yazardan biri Midlböri Beynəlxalq Araşdırmalar İnstitutunun professrou Avner Kohen “Haaretz” qəzetinə verdiyi müsahibədə hadisədən 40 il sonra bunun bir nüvə sınağı və həyata keçirənin İsrail olduğu istiqamətində elmi və tarixi konsensus yaradıldığını bildirib. Karterin ört-basdır siyasətinin icra edildiyini vurğulayan Kohen 40 il sonra hələ də sənədlərin böyük əksəriyyətinin gizlilik kateqoriyasında saxlandığını və çox azının yayımlandığını deyib.
Qeyd edək ki, İsrail Yaxın Şərqdə nüvə silahına sahib yeganə ölkədir. İsrailin arsenalında təyyarələr, sualtı gəmilərdən göndərilən lazerli raketlər və “Eriha 3” qitələrarası ballistik raketlərdən atıla bilən 80-400 arasında nüvə başlığına sahib olduğu ehtimal edilir.скачать dle 12.1