Xalqdan oğurlanan milyardların izi ilə...

Zəfər bayramından sonra  cənab Prezident İlham Əliyev çox maraqlı bir açıqlama verdi: “ Mən neçə illərdir bütün diqqətimi, fikrimi Qarabağın azad edilməsinə yönəltmişdim”. 
Bəs, görəsən, bu illər ərzində məmurların, icra başçılarının, nazirlərin, komitə sədrlərinin fikri hara yönəlmişdi? 
Bəli, torpaqlarımız azad ediləndən sonra cənab Prezidentin əsas diqqəti rüşvətxor, korrupsioner, sadə dillə desək, harınlamış məmurlardan hesabat tələb etmək oldu. Və son dövrdə icra başçılarının, nazirlərin ard-arda həbs olunması bir daha onu göstərir ki, möhtərəm Prezidentimiz  xalqa yuxarıdan aşağı baxan, dövlətin pullarını göyə sovuran məmurlar üçün sözün həqiqi mənasında ƏDALƏT MÜHAKİMƏSİ quracaq. Hər kəs etdiyi əməllərə görə cavab verməlidir. Məmurlar milyonları, milyardaları hara xərcləyib ? 
Əlbəttə, bütün bunları araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.
Biz isə bir media orqanı olaraq bu məsələdə obyektiv dəstək verə bilərik. 
Bizə elə gəlir ki, oğurlanan milyonların  axtarışına çıxmaq üçün Nərimanov rayonu ərazisindəki  köhnə qəbristanlığa başmaq seyrinə çıxmaq yetər. 
Adam bu ərazidə salınmış TƏZƏ ŞƏHƏR-də sözün həqiqi mənasında azır, çaşıb qalır. Başı göyə dəyən binalar, mülklər, villalar, ofislər və daha nələr, nələr. Yəni köhnə qəbristanlıqda az qala bir dövlətin büdcəsi qədər pul hesablamaq olar. 
Təkcə Prezidentin sabiq köməkçisi  Əli Həsənovun bu ərazidəki mülklərini, KASPİ-nin ofislərini, obyektlərini  saymaqla qurtarmaq olmaz.
Digər məmurların  mülkləri də Əli Həsənovun varidatından geri qalan deyil. 
Sözümüzün canı odur ki, hüquq-mühafizə orqanları niyə uzağa  gedir ki ? 
Şəkililər demişkən, elə ağzınızın içindədir dəə...
Hər milyonluq obyektin  altından bir məmur çıxır. 
Hər biri üçün də Nərimanov icra hakimiyyətindən daşdan keçən kağız alınıb. Kağızın qiymətini isə səlahiyyəti olanlar müəyyən edir. Deyəsən yeni həbslərin konkret məkanını göstərdik. Di haydı...скачать dle 12.1