BakiSesi.com

Əhəd Abıyevin 10 AA 457 nömrəli 350 minlik avtomobili tapıldı-Dövlət Gömrük komitəsinin qarşısında

Tarix:10-02-2021, 14:37 | Oxunub: 16
Əhəd Abıyevin 10 AA 457 nömrəli 350 minlik avtomobili tapıldı-Dövlət Gömrük komitəsinin qarşısında
Əhəd Abıyevin 10 AA 457 nömrəli 350 minlik avtomobili olan RANGE ROVERİ  tapıldı

 Azərbaycanda  çox maraqlı, əslində “sürüşkən”  bir  yanaşma var.
Məmurun  rüşvətxorluğundan bəhs edəndə deyir ki...görmüsən, rüşvət aldığımı ?
Adamı başa salmaq olmur ki, rüşvət çox konfidensial məsələdir, məgər rüşvət alanda aləmə car çəkirsən ? 
Axı, media xüsusi xidmət orqanı deyil ki, əlində bütün resurslar olsun. 
Yadıma bir məsələ düşür: Tutulmayan oğru, xandan, bəydən doğru...
Məsələyə bax ee. Gorunuz çatlamasın. Oğurluq zamanı  tutulmadınsa, deməli  səndən doğrusu yoxdur. 
Dövrümüzdə digər  problemlər də var. 
Məmurların  milyonluq mülklərindən, villalarından, avtomobillərindən söhbət düşəndə  qırmızı-qırmızı deyirlər: Kim mənim villamı, avtomobilimi, restoranımı tapsa ona hədiyyə edəcəm. 
Bax dövrümüzün reallığı belədir. Bunu həmişə sübut etmək olmur. Kiminsə adına villa almısan, yaxud restoran, otel almısansa, bunu mən sənə necə sübut edim ?  
Amma bəzən jurnalistin bacarığı imkan verir ki, “sübut etsəniz...”  deyən məmurun qabağına FAKT qoyaq.
Bir müddət əvvəl Daşkəsən RİH-nin başçısı Əhəd Əbiyev mülkləri, torpaq sahələri, villaları, 350 minlik avtomobili barədə açıqlama vermişdi:
 “ Bu faktlardan biri təsdiqini taparsa adı çəkilən əmlaklar notarial qaydada həmin şəxsə  hədiyyə edəcəm “.
Redaksiyamıza  daxil olan məlumata görə, Əhəd Abıyevə məxsus olduğu mediada  bildirilən  350 minlik avtomobilin kimə məxsus olması məlum olub.
Beləki mətbuatda bəhs edilən avtomobil  Əhəd Abıyevin oğlu İslam Abıyevə məxsusdur. Daha dəqiq desək,  həmin avtomobil “İslam – Ə” İstehsalat və Xidmət MMC şirkətinə məxsusdur. Şirkətin təsisçisi isə adından göründüyü kimi İ(SLAM)-Ə(hədoğlu )dur. 
Buna sözün nədir, cənab Əhəd Abıyev ? 
İndi sözünün üstündə durub  avtomobili bağışlayırsanmı ? 
Məlumat üçün qeyd edək ki, Əhəd Abıyevin oğlu İslam Abıyev Dövlət Gömrük Komitəsinin sədri  Səfər Mehdiyevin yanında işləyir. Və kefi istəyəndə həmin avtomobillə işə gəlib-gedir. 
İndi söz sənindir, cənab Abıyev.
скачать dle 12.1