BakiSesi.com

“Cənub” Elektrik Stansiyasında nələr baş verir?- Üzeyir Usubovun dəhşətli əməlləri

Tarix:18-02-2021, 11:57 | Oxunub: 11
“Cənub” Elektrik Stansiyasında nələr baş verir?- Üzeyir Usubovun dəhşətli əməlləri
Üzeyir Usubovun dəhşətli əməlləri 

Məlumdur ki,  50 il əvvəl istismara verilmiş “Şirvan” Elektrik Stansiyası
 ( keçmiş Əli-Bayramlı  İES ) istismar müddətini iki dəfə başa vurduğuna görə Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası inşa edildi. 
Möhtərəm Prezidentimizin bütün xoşməramlı təşəbbüsləri kimi bu layihə də ölkəmizin elektrik enerjisi ilə təmin olunmasına böyük töhfədir. Ancaq cənab Prezidentin dəfələrlə harınlamış        məmurlar adlandırdığı bəzi məmurlar bu layihədən də özləri üçün istifadə etməyi bacardılar. 
Belə məmurlardan biri də “Cənub”  Elektrik  Stansiyasının  Şirvandakı müdiri  Üzeyir Usubovdur. 
Öncə ondan başlayaq ki, hektarlarla ərazini əhatə edən köhnə elektrik stansiyasını  Üzeyir Usubov və Vüsaləkimiləri  öz dədə malı kimi söküb satıblar. Əgər müvafiq orqanlar araşdırsa, min tonlarla metal və digər  materialların  satılaraq mənimsənildiyini təsdiq edə bilər. Yəni şəkillərə baxan kəsə bələdçi-zad lazım deyil.
Bütün bunlarla bərabər Üzeyir Usubov köhnə elektrik stansiyasına yeni, daha doğrusu  biabırçı  qaydalar gətirib. 
Beləki redaksiyamıza daxil olan məlumata görə, cənab Üzeyir Usubov hələ Mingəçevirdə çalışdığı zamanda orada işləyən Vüsalə adlı xanımla dostluq edib. Vüsalə xanım indi də Üzeyirin köməkçisidir. Vüsalə xanım  99-XR-949 dövlət qeydiyyat nişanlı ağ rəngli KİA sportage markalı avtomobil idarə edir.
Biz kiminsə dostluğuna kölgə salmaq fikrindən uzağıq. Ancaq xeyli suallar var. Bu avtomobili katibəsinə Üzeyir Usubov hədiyyə edibmi ? 
Hədiyyə edibsə, pulu haradan alıb ? 
Hətta məlumata görə, Vüsalənin maşınına xüsusi yer ayrılıb, parkovşik də qoyulub ki, maşını qorusunlar. 

Daxil olan məlumata görə, “Cənub” ES-da “kadro” məsələsinə də Vüsalə baxır. İşə qəbul etmək, torba tikib işdən qovmaq məsələsi də Vüsalənin kuratsiyasındadır. 
Kim işləmək istəyirsə, mütləq Vüsalə xanımın olmayan bığının altından keçməli, öz maaşından ona ərməğan etməlidir. 
Vüsalə xanım neçə ilin işçilərini  gözüm çıxdıya salıb, kim köhnə stansiyadan yenisinə keçmək istəyirsə,  mütləq “çerez Vüsalə” Üzeyirə  xod tapmalıdır. 
Ən maraqlısı odur ki, Şirvan şəhərindəki qonaq evində gecələr Üzeyirlə Vüsalə  tez-tez məşvərət keçirir. Şəhərdə hamı bu gecə məşvərətinə müəmma kimi baxır. 
Daxil olan məlumata görə, Üzeyir Usubov dələduzluq maddəsi ilə  6-7 il həbsxanada yatıb. 
Görəsən dələduzluğa görə həbs olunan şəxsi  kim vəzifəyə gətirib ? 
Üzeyir  Allah qoymasa, indi də Azernerjinin prezidenti Baba Rzayevə müavin gəlmək istəyir, hətta  haqqını da verib deyə söhbətlər gəzməkdədir. 
Bu strateji qurumun Həmkərlar İttifaqının sədri Mənsimov Həsrət də az aşın duzu deyil. Görəsən, həmkarların sədrində milyonluq villalar, sürdüyü  LAND cruser hardandır ?
Məlumata görə, Mənsimovu da Vüsalə xanım himayə edir. Kim qurumda düzgün işləməyə çalışırsa, onu bu cütlük şantaj edib işdən çıxardır. 
Üzeyir Usubov öz tələbə yoldaşı, həmişə imkansız olan, amma hazırda milyonçu olan Eldar Quliyevi özünə müavin təyin edib.   
ES-in  baş mühəndisi  Nizami Ədilov isə Vüsalənin ən yaxın adamıdır. Qısa müddət ərzində “baş incinar” olan Nizami Ədilov xeyli imkan sahibi olub, hətta tanınmış “Ay işığı”  restoranında  ziyafətlər təşkil edir. Ona başa salan yoxdur ki, vətənimiz yüzlərlə şəhid verib, eyş-işrət zamanıdır ? 
Bəs yeyib-içib hakimiyyət əleyhinə  danışmağa nə deyirsiniz ? 
ES-in kadro müdiri FATMA xanım isə Vüsalənin tapşırıqlarını can-başla yerinə yetirir, hərdən sexlərdəki yerdəyişmələrdə isə özü qərar  verir. 
ES-də Kip optimatikada çalışan Novruzov Elşən  qadınla olan əlaqəsini  Şirvanda yaydiğina  görə işdən qovulsa da, sonradan Vüsalə xanım nə isə alaraq bu təhsilsiz adamı işə bərpa edib.
Bir sözlə, “Cənub” ES-da problemlər yazmaqla bitən deyil. 
Gələn yazıda Elektrik Stansiyasında sahil nasosxanasının rəisi Vəliyev Rəhmanın maxınasiyalarından, Şakir adlı işçinin başına açılan oyunlardan, oğurlanan külli miqdarda civədən və s bəhs edəcəyik. 
Bizi izləyin
R.ŞİRVANLIскачать dle 12.1