Son illər   “tikinti bumu” ilə  bağlı ölkəmizdə o qədər Mənzil Tikinti Kooperativləri (MRK) yaranıb ki, lap yağışdan sonrakı göbələk kimi...
Əslində hər bir MTK-nın arxasında iribuynuzlu məmur dayanır bəs məqsəd  ev tikmək deyil...dövlətdən oğurlanmış çirkli pulları hansı yollasa leqallaşdırmaqdır?. 
Hər gün oxuyuruq ki, filan MTK  filan küçədə hansısa kasıbın daxmasını uçurdub, kiminsə obyektini dağıdıb.
Belə MTK-lardan biri də  “Məkan” MTK-dır. 
Bu MTK  ilə bağlı istənilən qədər məhkəmə çəkişmələri var.
MTK uzun illər vergidən yayınıb, mənzillərin müxtəlif şəxslərin adına verilməsi adi hal alıb.
Təsəvvür edirsiniz MTK-nın sənədləri də düzgün deyil. Məhkəmədə hakimin “Yığıncaqlarınız keçirilirmi?” sualına MTK-nın sədri Rəşad Məmmədovun cavabı belə olub: “ Yığıncağa nə ehtiyac var. Təsisçilər atam, qardaşım və xalamoğludur”. 
Bəli, bizim MTK-lar  belə rüsvayçı gündədir.
Görəsən niyə Vergilər Nazirliyi, Korrupsiya İdarəsi Məkan MTK-da yoxlamalar aparmır.
İndi isə keçək əsas məsələyə.
Bu  “Məkan”  MTK-da uzun müddət çalışmış vətənpərvər insanlar 44  günlük Qarabağ müharibəsinə qatılaraq vuruşublar, yaralanıblar və bu gün qazidirlər. 
Ancaq  müharibə dövründəki  məvaciblərini, əmək haqlarını ala bilmirlər.
Burda həm hüquq susur, həm də insanlıq. Bu MTK-nın sədri başa düşmür ki, bu igid oğlanlar, qazilər olmasaydı, ermənilər gəlib onların  MƏKAN-ını dağıdacaqdılar...Əlavə şərhə ehtiyac yoxdur.скачать dle 12.1