Paytaxtın sabiq meri Hacıbala Abutalıbovun “söküntü məsələlərinə”  baxan  Zülfəli İsmayılovu  sözün həqiqi mənasında Bakı sakinləri  “ev yıxan, ev dağıdan, adamların evini başına uçurdan“  kimi tanıyırlar. 
Əslində, Zülfəli İsmayılov Bakı Şəhər İcra Hakimiyyətində Nəzarət-təftiş şöbəsinin müdiridir. 
Amma icra başçıları ondan daha çox söküntü işlərində istifadə edirlər.
Zülfəli İsmayılov sökməkdən, dağıtmaqdan, uçurmaqdan da  milyonlar qazanmağı bacarır və uzun illər şəhər meriyasının “kassası”  olub. Bakının hər rayonunda ticarət obyektləri, mülkləri var. Və ən əsası  əli böyüklərin ''ətəyindədir''.Yoxsa, icra başçıları  dəyişəndə Zülfəli İsmayılov öz postunu  qoruya bilməzdi.
Dəfələrlə yoxlama nəticəsində Zülfəli  İsmayılovun həbs olunacağı ilə bağlı xəbərlər yayılsa da o, “ölməz kaşey” kimi canını qurtara bilib.
Əli böyüklərin ətəyində olan Zülfəli. 
Bunu əbəs yerə yazmadıq. 
Bəli, Zülfəli İsmayılovun bir əli  məhkəmə, o biri əli  prokurorluq orqanlarından yapışır. Harada vəzifəli adam gördüsə, qohum olmağa çalışır. 
Uzun illər Baş prokurorluqda İdarə rəisi işləmiş bir nəfərlə də qohumdur, kirvədir və məclislərdə bu əlaqələrin möhkəm olduğunu tez-tez dilinə gətirir.
Öz  qohumluq əlaqələrindən istifadə edib dələduzluq əməlləri ilə məşğul olanları  qanun qarşısında cəzadan yayındırır. Bununla da cəzasızlıq mühiti yaradır. Və unudur ki, cəzasızlıq dövlətin dayaqlarını sarsıdır. 
Maraqlıdır, görəsən  həmin  şəxsdən sonra  Zülfəliyə prokurorluqda indi  kim “kirvəlik” edir? 
Bu barədə növbəti yazıda.скачать dle 12.1