BakiSesi.com

Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini verdi - FOTO

Tarix:7-11-2019, 13:05 | Oxunub: 29 280
Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini verdi - FOTO
Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

BAKİSESİ.COM  xəbər verir ki,  bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından faktı təsdiqləyiblər.

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

скачать dle 12.1