Bir neçə  gün əvvəl dərc  etdiyimiz  “ 204 saylı marşrutun sahibi Kənan Səlimov zərərçəkənin pulunu niyə vermir ? ”  başlıqlı yazıda  qeyd etdiyimiz kimi, Laçın rayonunun sabiq icra başçısı Akif Səlimovun oğlu,  204 saylı marşrutun sahibi Sənan Səlimov 05.03.2021-ci il tarixində baş verən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkənə  dəyən  zərəri ödəməyib. 
Qısa  xatırlatma  üçün  bildirək ki, Sənan Səlimova  məxsus 204 saylı marşrutun sürücüsü idarə etdiyi   10  TG 014 nömrəli avtobusla Mercedes markalı avtomobili 67 saylı məktəbin qarşısında vurub. Avtobusun sürücüsü  Mercedesin  sahibinə bildirib ki, bu marşrut keçmiş icra başçısı Akif Səlimovun oğlu Sənan Səlimovundur, qəti narahat olmayın, problemi həll edəcəyik. Lakin zərəçəkən nə qədər gözləsə də heç bir xəbər çıxmayıb. Zərərçəkən məcbur olub Sənanın qardaşı Səlim Səlimovun (əvvəllər Binəqədi RPİ-də 5-ci bölmənin rəisi olub və hazırda Xəzər RPİ-də əməliyyatçıdır ) oğlu Akiflə əlaqə saxlayıb. O, da eyni sözləri deyib: “ Narahat olmayın, problemi həll edəcəyik”. Amma yenə nəticə olmayıb. 
Bu dəfə böyük Akiflə, yəni sabiq icra başçısı ilə əlaqə saxlayıb problemi çatdırıblar. Sabiq icra başçısı da and-aman edib ki, məsələni həll edəcəyik. Amma yenə ortada nəticə yoxdur. 
…Apardığımız  araşdırma zamanı bəlli oldu ki, hadisə zamanı zərərçəkən Mercedes markalı avtomobilin sürücüsü 102 xidmətinə zəng edib hadisə barəsində məlumat versə də, sonradan avtobusun sürücüsü və dispeçeri bildiriblərki, sənədlər qaydasında deyil və avtobusun icbari sığortası yoxdur. 
Əgər yol patrul xidmətinin əməkdaşları hadisə yerinə gələrsə avtobus sürücüsünün sənədləri qaydasında olmadığına və avtobusun icbari sığortası olmadığına görə cərimə yazılacaq və nəticədə icbari sığorta olmadığı üçündə zərərçəkənin avtomobili təmir edilməyəcək. Daha sonra sürücü ilə dispeçer bildiriblər ki marşrutun sahibi Sənan Səlimovla əlaqə saxlanılıb və onun hadisədən xəbəri var. Əgər zərərçəkən yenidən 102 xidmətinə zəng edib hadisə zamanı dəymiş ziyanın öz aralarında razılığa gəlib həll etdiklərini və yol patrul xidmətinin əməkdaşlarının hadisə yerinə gəlməsinə ehtiyac olmadığını bildirsə, dəymiş ziyan marşrutun sahibi Sənan Səlimov tərəfindən ödəniləcək. Daha sonra zərərçəkən deyilənlərlə razılaşıb və yol patrul xidmətinin əməkdaşlarının hadisə yerinə gəlməyinə ehtiyac olmadığını, dəymiş ziyanın öz aralarında həll edəcəklərini bildirmişdir. Bundan sonra verilən vədlərə əməl edilməyib. Buradan sual meydana çıxır ki, Sənan Səlimovun sahibi olduğu 204 saylı marşrut xəttində avtobus sürücülərinin sənədləri qaydasında olmadığı və avtobusların icbari sığortası olmadığı halda avtobuslar bu xəttdə necə hərəkət edirlər?

Xatırladaq ki, 204 saylı marşrut Ramana-Koroğlu istiqamətində hərəkət edir və bu istiqamətdə (Olimpiya stadionunun yaxınlığında aeroport şossesində) nəzarət kameraları mövcuddur. Bu kameralar vasitəsilədə bu istiqamətdə hərəkət edən icbari sığortası olmayan, texniki baxışdan keçməyən bütün nəqliyyat vasitələri qeydə alınaraq cərimələnir. Bəs necə olur ki, icbari sığortası olmayan 204 saylı marşrutun avtobusları hər gün dəfələrlə bu yoldan keçməsinə, kameralara düşməsinə, çoxlu cərimələri olmasına, hətta həbs qoyulmasına baxmayaraq  avtobus  cərimə meydançasına  aparılmır. Niyə YPX müdaxilə etmir ? Görəsən Sənan Səlimova kim krışalıq edir?
 P.S. Avtobus  Xalqbank-da ipotekadadır və Səlimova Lyudmila İvanovnanın adınadır.  Növbəti yazıda Lyudmila İvanovnanın kimliyini araşdıracağıq. скачать dle 12.1